"Ermənistan ərazisində ÜÇ RESPUBLİKA YARADILMALIDIR"

16:44 04.11.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın federasiyaya çevrilməsinə çalışmalıyıq. Ermənistanın yerində  İrəvan-Zəngəzur, Qafqaz Albaniyası və Hayastan muxtar respublikalarından ibarət üçsubyektli federasiya qurulmalıdır.  

Bu fikirləri hafta.az-a Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan deyib. 

Onun sözlərinə görə, həmin Qərbi Azərbaycan torpaqlarında  oradan zaman-zaman qovulmuş Azərbaycan türkləri ilə yanaşı, Qarabağdakı əslində xristianlaşmış, haylaşmış türklər, qıpçaqlar olan albanlar və  əsl haylar da yaşayır:

"Bilirsiz, “Sünik” alban türkcəsində sönük deməkdir. Yəni günbatan, günün sönük göründüyü yer...

 Ermənistan federallaşmamışdan öncə Azərbaycan türklərinin Qərbi Azərbaycan torpaqlarına qayıdışını təmin etməliyik. 

 Bir sözlə, hazırkı geosiyasi durumda  düşmənlərimizə həm də “yumşaq güc”lə hücum etməliyik. Siyasətimizi nə müdafiə, nə yarımmüdafiə, nə də əks-hücum üzərində deyil,  hərbi əməliyyatlar olmayan şəraitdə bütün digər mümkün cəbhələrdə və həm də hər gün, hər saat, hər dəqiqə total, kütləvi hücum üzərində qurmalıyıq..."

Siyasət rubrikasından digər xəbərlər